Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:25

Fərəc Kərimli hal şahidinə azərbaycanlı girovlarla bağlı sual verib


Fərəc Kərimli
Fərəc Kərimli

-

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müavini Fərəc Kərimlinin işi ilə bağlı növbəti proses keçirilib.

Bu barədə Azadlıq Radiosuna onun vəkili Nemət Kərimli məlumat verib.

Vəkilin dediyinə görə, prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iki əməkdaşı hal şahidi kimi dindirilib. Onlardan biri əməliyyata rəhbərlik etmiş Ceyhun İmamverdiyevdir:

«Həm Ceyhun İmamverdiyev, həm də Rövşən Məmmədovun dindirilməsi zamanı xeyli ziddiyyətlər ortaya çıxdı. Dindirilmə zamanı Fərəc Kərimli Ceyhun İmamverdiyeva sual etdi ki, Ermənistan tərəfinin girov götürdüyü Şahbaz Quliyev və Dilqəm Əsgərovun məhkəməsində onların üzünə dayanan şəxslə özü arasında fərq görürmü? Hakim bu sualı çıxardı».

Vəkil Nemət Kərimli prosesdə vəsatət də qaldırıb. Vəsatət təqsirləndirilən şəxs dindirilərkən hal şahidlərinin də prosesdə iştirakını təmin etmək və çarpaz dindirmənin mümkünlüyünə şərait yaratmaqla bağlı olub. Hakim vəsatətə baxılmanı təxirə salıb.

Növbəti prosesi aprelin 8-ə təyin edib.

Fərəc Kərimli iyulun 23-də saxlanıb, 25-də barəsində üç aylıq həbs qərarı çıxarılıb. Nərimanov rayon Məhkəməsi dekabrın 21-də həbs müddətini daha 2 ay uzadıb.

O, narkotik maddə saxlamaqda ittiham olunur. Müdafiə tərəfi ittihamı rədd edir.

Fərəc Kərimli ilə yanaşı, onun qardaşı Sirac Kərimli də eyni ittihamla həbs olunub. Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onun 6 il azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. «Amnesty International» təşkilatı qardaşları «vicdan məhbusu» kimi tanıyıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG