Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:40

Davutoğlu İstanbulda baş verən silahlı insidentin hərətərəfli araşdırılacağını vəd edib


Ahmet Davutoglu
Ahmet Davutoglu

Türkiyənin baş nazir Ahmed Davutoğlu martın 31-də İstanbulda prokurorun ölümü ilə nəticələnən silahlı insidentlə bağlı hərtərəfli istintaq aparılacağını vəd edib.

Davutoğlu bunu martın 31-də Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

Martın 31-də təhlükəsizlik qüvvələrinin İstanbulda keçirdiyi əməliyyat zamanı prokuroru girov götürən iki nəfər öldürülüb, prokurorMehmet Selim Kiraz isə ağır yaralı halda xəstəxanaya götürülüb.

Amma onun həyatını xilas eləmək mümkün olmayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, içəridən atəş səsləri eşidildikdən sonra hücum əməliyyatı başlayıb.

Prokurorun başına 3, bədəninə 3 güllə dəyib.

XS
SM
MD
LG