Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:07

“Ukrayna hazırda Rusiyadan qaz almır.Amma əgər qazın hər 1000 kubmetri 250 dollar olsa bunu bərpa edə bilər”.

Bunu Ukraynanın energetika naziri Vlodymyr Demchyshyn aprelin 1-də keçirdiyi brifinqdə deyib.

Amma Rusiyanın bu qiymətlə razılaşacağı hələlik bəlli deyil.

Qazprom bildirir ki, Ukrayna bu ilin ilk rübündə qazın 1000 kubmetrini 329 dollardan alıb.

Belə bir razılaşma Avropa Birliyinin vasitəçiliyi ilə ötən ilin oktyabrında əldə olunmuşdu.

Demchyshyn bu günlərdə demişdi ki, Avropadan qaz idxalının artırılması Rusiyanı qazın qiymətini salmağa məcbur edəcək.

Moskvanın Krımı işğal eləməsi və ölkənin şərqindəki rusiyapərəst separatçıları dəstəkləməsi qaza görə iki ölkə arasındakı mübahisəni daha da dərinləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG