Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:58

-

Müdafiə Nazirliyi Bakıda hərbi hissədə baş verən silahlı insidentə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, martın 31-də saat 13:30 radələrində 3 nəfər mülki şəxs əllərində bıçaqla hasarı keçərək Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsindəki silah-sursat anbarları yerləşən əraziyə daxil olub.

Onlardan ikisi tələblərə tabe olaraq dayanıb. Üçüncü şəxs tələblərə tabe olmadığından və havaya xəbərdarlıq atəşindən sonra hərəkəti davam etdirdiyinə görə ona qarşı silah işlədilib. Qarın nahiyəsindən yaralanan Zəfər Şahverdiyev xəstəxanada ölüb. Z.Şahverdiyev «Xaşaxuna bağları» adlanan ərazidə yaşayırmış.

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG