Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:14

Elman Rüstəmov: «2016-cı ilin büdcəsində neft 50 dollardan hesablanacaq»


Elman Rüstəmovun karikaturası

Elman Rüstəmovun karikaturası

-

«Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsində hər-hansı ciddi dəyişiklik gözləmir».

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Məlumatı apa yayıb.

«Azərbaycanda kəskin devalvasiya gözlənilmir. Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiyməti kəskin düşəcəyi halda manat buna adaptasiya olacaq. Lakin bu gün əksər iri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır», - Elman Rüstəmov bildirib.

Elman Rüstəmov qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollara hesablanacaq.

Bu il dövlət büdcəsində bir barel neftin qiyməti 90 dollar nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG