Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:24

Ali məktəblərə tələbə qəbulu başlayır


Foto illüstrasiya
Foto illüstrasiya

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə tələbə qəbulu elan edib.

TQDK-nın yaydığı məlumata görə, dörd ixtisas qrupu üzrə ərizələrinin qəbulu aprelin 1-də başlayıb, aprelin 30-dək aparılacaq.

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə «Abituriyentin elektron ərizəsi» formasını doldurmalıdırlar. Virtual ödəmə kartını bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə və ya internet ödəmə xidmətləri vasitəsilə əldə etmək olar.

«Abituriyentin elektron ərizəsi» forması doldurulduqdan sonra ərizələrinin təsdiqi təmin edilməlidir.

V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu mayın 5-dən 18-dək aparılacaq. I, II, III və IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həm də V ixtisas qrupuna və ya tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim edə bilər.

XS
SM
MD
LG