Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:50

-

Aprelin 1-də Yaponiyada dünyanın ən yaşlı sakini - Misao Okawa (qadındır-red.) dünyasını dəyişib. Bir ay öncə o, 116 yaşını qeyd etmişdi.

Okawa-nın Osakada yaşadığı qocalar evi bildirib ki, o, yerli vaxtla səhər 7-də vəfat edib.

Qadının 3 övladı, 4 nəvəsi və 6 nəticəsi var.

O, 19-cu əsrdə doğulmuş, indiyədək sağ qalmış bir neçə adamdan biridir. 1-ci Dünya Müharibəsi başlayanda yeniyetmə idi və 1969-cu ildə Aya ilk uçuş baş verəndə 70 yaşı vardı.

114 yaşı tamam olanda Guinness Rekordlar Kitabı onu dünyanın ən yaşlı qadını elan edib.

Uzunömürlülər diyarı kimi tanınan Yaponiyada dünyanın ən yaşlı kişisi də yaşayır – Sakari Momoi fevralda 112 yaşını qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG