-
İraq, Əfqanıstan, Pakistan və Ukrayna dünyanın 10 ən təhlükəli ölkələri sırasındadır.
Araşdırmanı Vaşinqtonda yerləşən IntelCenter təşkilatı terrorçu və silahlılarla bağlı duruma əsasən hazırlayıb. İraq və Suriya təhlükəli ölkələr sırasında ilk 2 yeri tutur.
Əfqanıstan beşinci yerdədir. Pakistanın dünyanın səkkizinci, Ukrayna doqquzuncu ən təhlükəli ölkəsidir.
Onluqdakı digər ölkələr bunlardır: Nigeriya (3), Somali (4), Liviya (6), Yəmən (7), Misir (10).