Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:01

ABŞ rəsmisi Orta Asiya üçün “səbirli diplomatiya”dan danışır


Richard E Hoagland
Richard E Hoagland

-

Orta Asiya ölkələrində insan haqlarının durumunu yaxşılaşdırmaq üçün sanksiyalar və ya “ictimai şəkildə adçəkmə və utandırmaqdansa” “səbirli diplomatiya” daha səmərəlidir. Bunu yüksək rütbəli ABŞ rəsmisi deyir.

“Bu ölkələrdə oxşar fikirli vəzifəli şəxslərlə münasibət yaratmaq daha yaxşı işləyir. Həmin şəxslər sonradan öz fikirlərini rəhbərliklərinə çatdırırlar”. ABŞ Dövlət katibinin Cənubi və Orta Asiya məsələləri üzrə köməkçisinin baş müavini Richard Hoagland martın 30-da Vaşinqtondakı çıxışında deyib.

Bu həftə ABŞ-ın Orta Asiya üzrə yeni strategiyası yayılır. Orta Asiya ölkələri insan haqları pozuntularına görə hüquq müdafiə təşkilatlarının və Qərb rəsmilərinin tənqidlərinə məruz qalır.

“Orta Asiyada səbirli, ənənəvi və reallığa əsaslanan diplomatiya işləyir,” Hoagland sözlərinə əlavə edib.

XS
SM
MD
LG