Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:25

Hökumət qüvvələri Tikritin mərkəzinə çatdığını bildirir


İraq əsgərləri və şiə silahlılar Tikritdə

İraq əsgərləri və şiə silahlılar Tikritdə

-

Bağdaddan gələn məlumata görə, İraq əsgərləri Tikrit şəhərinin mərkəzinə çatıblar. Onlar şəhərin cənub və qərb hissələrini artıq İslam Dövləti (İD) yaraqlılarından geri ala biliblər.

Baş nazir Haidar al-Abadi martın 30-da bildirib ki, təhlükəsizlik qüvvələri “bütün şəhərin nəzarətə alınmasına doğru irəliləyir”. Tikrit Bağdadın şimalında yerləşir.

Abadi İraq ordusu və polisini, onları dəstəkləyən İraq və ABŞ hava hücumlarını, eləcə də şiə silahlı qrupları və sünni tayfalarını tərifləyib. O, daha sonra tvitterdə Tikritin İD işğalından “azad olunduğunu” bəyan edib. Ancaq məlumatlara görə, şəhərin böyük əraziləri uğrunda döyüşlər davam edir.

Şiə silahlıları ötən həftə əməliyyatda iştirakı dondurmuşdu, ancaq yenidən döyüşlərə qoşulub. Şiə döyüşçülər martın 2-də başlanan hücumda qüvvələrin əsas hissəsini təşkil edirlər. Bir neçə həftəlik itkilərdən sonra əməliyyatlar səngimişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG