Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:51

-

İranla altı superdövlət arasında nüvə danışıqları davam edir. Martın 31-də çərçivə sazişi əldə olunması üçün qoyulan vaxt bitib.

Tərəflər İsveçrənin Lozanna şəhərində görüşürlər. Onlar Tehranın nüvə proqramına məhdudiyyətlər qoymaq və əvəzində İrana iqtisadi sanksiyaları qaldırmaq istəyirlər.

Məlumatlara görə, razılaşmanın müddəaları üzrə ümumi bəyanat hazırlanır ki, iyunun 30-dək yekun sazişin əldə edilməşi üçün danışıqlar davam etdirilə bilsin.


LAVROV DEYİB SAZİŞ HAZIRDIR

ABŞ Dövlət departamentinin sözçüsü Marie Harf deyib: “Son günlər yetərli irəliləyiş əldə edilib deyə danışıqlar çərşənbə gününədək davam edir. Ancaq çətin məsələlər də qalmaqdadır”.

Danışıqlar komandasının üzvü Hamid Baidinejad deyib ki, İran sazişin çərçivəsi razılaşdırılanadək “gərəkən qədər” danışmağa hazırdır.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib ki, çərçivə sazişi əldə olunub və saziş “bütün əsas məsələləri” əhatə edir. Ancaq amerikalı diplomatlar bu iddianı təkzib edib.

“YAXŞI UĞUR”

İranın xarici işlər naziri Mohammad Javad Zarif aprelin 1-də gecə jurnalistlərə deyib ki, danışıqlarda “yaxşı uğur” əldə olunub və günün sonunadək siyasi çərçivə razılaşmasına doğru “nəticənin” olacağına ümid bəsləyir.

Fransanın xarici işlər naziri Laurent Fabius isə aprelin 1-də danışıqlardan çıxıb, deyib ki, “faydalı olacağı halda” və ona ehtiyac yaranarsa, qayıdar.

Danışıqlara Birləşmiş Ştatlar, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya qatılıb. Tehran nüvə proqramının dinc məqsədli olduğunu desə də, Qərb onun nüvə silahlı əldə etməyə çalışmasından şübhələnir.


Günün bütün mövzuları

XS
SM
MD
LG