Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:49

İranla danışıqların Azərbaycana dəxli olan tərəfləri ekspert izahında


Soldan-sağa: Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri Federica Mogherini, İranın xarici işlər naziri Mohammad Javad Zarif və İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Ali Akbar Salehi İsveçrədə danışıqların başlanması ərəfəsində söhbətləşirlər. 31 mart 2015

Soldan-sağa: Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri Federica Mogherini, İranın xarici işlər naziri Mohammad Javad Zarif və İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Ali Akbar Salehi İsveçrədə danışıqların başlanması ərəfəsində söhbətləşirlər. 31 mart 2015

-

Dünyanın ən çox müzakirə etdiyi mövzulardan biri olan – İranın nüvə proqramı ilə bağlı razılıq əldə oluna bilər. Martın 31-i razılıq əldə olunmasına qoyulan vaxt bitir.

Söhbət Tehranın nüvə proqramını dondurması və ona qarşı iqtisadi sanksiyaların aradan qaldırılmasından gedir. İsveçrədə keçirilən danışıqlarda ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya iştirak edir.

ŞANSLAR BÖYÜKDÜR, AMMA…

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bildirib ki, danışıqlarda hansısa nəticə əldə oluna bilər:

“Danışıqların hazırkı mərhələsində perespektivlər pis deyil və hətta deyərdim ki, yaxşıdır. Şanslar böyükdür, amma əlbəttə heç vax 100 faizlik əminlik, ümid olmur. Amma əgər tərəflərdən heç biri son məqamda maraqlar balansını qorumaq əvəzinə yekun müqavilədə əlavə nəsə qazanmaq üçün gediş eləməsə bu şanslar tamamilə realdır”.

Lavrov razılıq əldə olunandan sonra İrana qarşı beynəlxalq sanksiyaların dərhal dayandırılmalı olduğunu vurğulayıb.

31 MART RAZILIQ ÜÇÜN SON GÜNDÜR…

Qərb ölkələri istəyir ki, İran uran zənginləşdirilməsi üzərində işi dayandırsın. İran təklif edir ki, nüvə proqramına məhdudiyyətlərdən sonra ona qarşı sanksiyalar dayandırılmalıdır.

Bu gün – martın 31-i razılığın əldə olunması üçün son gündür. Tərəflər martın 31-dək çərçivə sazişi, iyunun sonunadək yekun razılıq əldə etməlidirlər.

RAZILIQ BÜTÜN HALLARDA AZƏRBAYCANA SƏRF EDİR…

Politoloq Rasim Musabəyov deyir ki, bu danışıqların Azərbaycana birbaşa təsiri var. Çünki Azərbaycan həm İranla yaxın qonşudur, həm də tərəfdaş:

“Əvvəla Azərbaycanın qonşuluğunda olan bir ölkədə nüvə hazırlanması bütün dünya, özəlliklə, region və qonşu ölkələri bir başa təhlükəyə atır. İkinci tərəfdən, İran nüvə proqramını davam etdirərsə hərbi əməliyyatlar qaçılmaz ola bilər, bu da Azərbaycana öz mənfi təsirini edir. İrana sanskiyaların qoyulması da mənfi haldır. Çünki bu zaman Azərbaycan da məcburdur hansısa məhdudiyyətlər etsin. Bu da tərəfdaş, qonşu ölkələr üçün yaxşı hal deyil. Bu baxımdan Azərbaycan üçün ən sərf edən variant tərəflərin razılığa gəlməsidir. Regionda sülh və əmin-amanlığın olması Azərbaycan üçün olduqca önəmlidir”.

SÜLH VƏ TƏHLÜKƏSİZLİK…

İran ABŞ, Qərb və digər ölkələrlə münasibətinin düzələndən sonra Azərbaycanınregionda ABŞ üçün əhəmiyyətinin azlacağı barədə fikirlər səslənir. Rasim Musabəyov bu fikirlərlə qətiyyən razılaşmır:

“Azərbaycan üçün ən önəmlisi regionda sülh və təhlükəsizliyin təmin olunmasıdır”.

İran 13 ildir uran zəngiləşdirilməsi proqramı üzərində çalışır. Qərb hesab edir ki, İrann üvə silahı üzərində işləyir. Rəsmi Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Bundan sonra Qərb İrana qarşı bəzi sanksiyalar tətbiq etdi. Hazırda danışıqların uzunmasına əsas səbəb kimi nüvə proqramının müvəqqəti dayandırılması müddəti göstərilir. Belə ki, İran proqramı 10 ildən sonra davam etdirməyi, Qərb isə proqramın 10 ildən çox dayandırılması istəyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG