Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:06

Erməni hüquq müdafiəçiləri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər


Dilgəm Əsgərov

Dilgəm Əsgərov

Erməni hüquq müdafiəçiləri Xankəndidə girov kimi saxlanan azərbaycanlılar Dilqəm Əsgərova və Şahbaz Quliyevə baş çəkiblər.

ANS PRESS-in məlumatına görə, hüquq müdafiəçiləri Karen Ohancanyan və Svetlana Cangiryanın yaydıqları açıqlamada bildirilir ki,məqsəd azərbaycanlı girovların saxlandığı kamera, sanitariya-gigiyena şəraiti, gündəlik gəzinti, qida, tibbi xidmət və dövrü mətbuat imkanları ilə tanış olmaqdır.

Karen Ohancanyan və Svetlana Cangiryan hər bir girovla ayrılıqda 3 saatdan çox bir yerdə olublar.

Xatırladaq ki, Şahbaz Quliyevlə Dilqəm Əsgərov iyulun 11-də Kəlbəcərdə erməni qüvvələri tərəfindən əsir götürülüblər.

Onlar doğma kəndlərinə yaxınlarının məzarını ziyarət etmək üçün getmişdilər.

Onlarla birlikdə olan Həsən Həsənov isə saxlanılarkən öldürülüb.

Qondarma Dağlıq Qarabağ rejimi Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası kəsib.

Azərbaycan bu hökmün heç bir hüquqi qüvvəsi olmadığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG