Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:25

İran Yəməndə hərbi əməliyyatların təcili dayandırılmasını tələb edir


 Hossein Amir-Abdollahian

Hossein Amir-Abdollahian

İran Yəməndə şiə qrupu olan Huthi üsyançılarına qarşı aparılan hərbi əməliyyatların təcili dayandırılmasını tələb edib.

İran xarici işlər nazirinin müavini Hossein-Amir Abdollahian martın 31-də Küveydə bildirib ki, İranla Səudiyyə Ərəbistanı Yəməndəki böhranı həll etmək üçün əməkdaşlıq edə bilərlər.

Bu arada dövlət televiziyası İranın Yəmənə qeyri-hərbi yardım göndərdiyini xəbər verir.Bu koalisiya qüvvələrinin Yəməndə əməliyyata başlamasından sonra ilk belə haldır.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Saud al-Faisal İranı Yəməndəki Huthi qrupunu dəstəkləməkdə və Yəməndə qeyri-sabitlik yaratmağa cəhddə ittiham edib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Koalisiya qüvvələri artıq 6 gündür ki, bu qrupun Yəməndəki mövqelərinə havadan zərbələr endirir.

Həmçinin koalisiyanın hərbi gəmiləri martın 31-də yaraqlıların əlində olan hava limanı və Aden şəhərinin ətraflarına hücum ediblər.

Hazırda ölkənin bir sıra əyalətləri Huti qrupunun nəzarətindədir.

Ərəb ölkələri hesab edir ki, şiələrin birləşdiyi buqrupun arxasında İran durur.

Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG