Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:19

Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəkəsində həbsdə olan hüquq nüdafiəçisi Rəsul Cəfərovun məhkəməsi davam edib.

Məhkəmədə ittiham tərəfinin şahidləri ifadə verib, proses başa çatdırılıb və sənədlərin tədqiqi mrhələsi başlayıb.

Rəsul Cəfərov prosesdə deyib ki, heç yerə qaçmaq və gizlənmək fikri olmayıb:

“Bank hesabıma həbs qoyulanda xaricdə səfərdə idim. Buna baxmayaraq səfər bitən kimi geri döndüm”.

Növbəti məhkəmə prosesi aprelin 9-da keçiriləcək.

“Demokratiya naminə incəsənət” kampaniyasının koordinatorru Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub.

O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə, mənimsəmə və vergidən yayınmaqda ittiham olunub.

Hüquq müdafiəçisi ittihamı rədd edir və həbsinin həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

Amnesty International təşkilatı onu vicdan məhbusu elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG