Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:36

Myanmarda 65 ildən çox davam edən silahlı münaqişəyə son qoymaq üçün atəşkəs layihəsi imzalanıb.

Martın 31-də keçirilın mərasimdə prezident Thein Sein, hökumət nümayəndələri və 16 etnik silahlı qrupu təmsil edən Ümummilli Atəşkəs Koordinasiya Komandası iştirak edib.

BMT bunu tarixi qərar adlandırıb.

Tərəflər 2013-cü ildən danışıqlar aparırdı.

Bu 49 illik hərbi rejimdən sonra, 2011-ci ildə hakimiyyətə gələn mülkihökumətin qarşısında duran əsas məsələlərdən biri idi.

Ümummilli Atəşkəs Koordinasiya Komandası indi bu qanun layihəsini təsdiqləmək üçün etnik üsyançı qrupların liderlərinə təqdim etməlidir.

Yekun razılaşma silahlı etnik qrupların konfransından sonra imzalana bilər.

Hələlik görüşün vaxtı müəyyən edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG