Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:10

-

İlk Avropa Oyunlarının məşəli aprelin 26-da yandırılacaq.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Türkiyədə Avropa çempionatında iştirak edən Azərbaycan karateçiləri ilə görüşdə deyib.

Nazir bildirib ki, məşəl yandırıldıqdan sonra onun Azərbaycanın bütün regionlarına, şəhərlərinə məşhur insanlar, idmançılar ilə birgə səfəri başlayacaq. Avropa Oyunların keçirilməsinə bir gün qalmış isə məşəlin Bakıdakı Olimpiya stadionunda yandırılması nəzərdə tutulur.

YARIŞLARI 34 ÖLKƏNİN TELEVİZİYASI İŞIQLANDIRACAQ

A.Rəhimov aprel ayı ərzində Bakıda bütün idman qurğularının istifadə veriləcəyini də deyib:«Gözləyirik ki, aprelin 10-a qədər su hovuz mərkəzi təhvil veriləcək. Avropa Parkı, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Əl Oyunları Sarayı, Bakı Bulvar Arenasının açılışları da növbəti ay ərzində olmalıdır. Bundan sonra biz deyə bilərik ki, Bakı böyük və möhtəşəm yarışları qəbul etməyə tam hazırdır».

Nazir əlavə edib ki, ilk Avropa Oyunlarının dünyada böyük reklam kampaniyası başlayıb, müxtəlif videoçarxlar hazırlanıb. Onun dediyinə görə, dünyanın 34-dən çox ölkəsinin televiziya kanalları ilə müqavilə bağlanıb:

«Təkcə Çin Xalıq Respublikasında 500 milyondan artıq insan ilk Avropa Oyunlarını izləyəcək. Bu Oyunlar ölkəmizi dünyaya tanıtdırmaq üçün çox vacibdir. Gözəl açılış və bağlanış mərasimləri hazırlanır. Məncə bu, dünyada keçirilən möhtəşəm idman yarışlarının sırasında bəlkə ən gözəl açılış mərasimi olacaq».

Bakıda Avropa Oyunları iyunun 12-dən 28-ə qədər keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG