Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:04

Seymur Həzinin işində müdafiə tərəfi hakimlərə etiraz edib


Seymur Həzi
Seymur Həzi

-

Martın 31-də Sumqayıt Apellyasiya Məhkəməsində «Azadlıq» qəzetinin əməkdaşı, «Azərbaycan saatı» verilişinin aparıcısı Seymur Həzinin şikayətinə baxılıb.

Müdafiə tərəfi məhkəməyə sədrlik edən Nazim Mövsümov və hakim Mübariz Zeynalovun işə baxmasına etirazını bildirib.

Vəkil Adil İsmayılov bildirib ki, hər iki hakim Seymur Həzinin ev dustaqlığına buraxılması ilə bağlı şikayətinə obyektiv baxmayıb.Şikayətin əleyhinə qərar çıxardıqları üçün onlar obyektiv ola bilməzlər.

Etiraz Sumqayıt Apellyasiya Məhkəməsinin sədrinə təqdim edilib. Bundan sonra məhkəmədə fasilə elan edilib.

Seymur Həzi keçən il avqustun 29-da həbs olunub. Yanvarın 29-da Abşeron rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. O, xuliqanlıqda ittiham olunur. Müdafiə tərəfi jurnalistin siyasi sifarişlə həbs olunduğunu bildirir.

XS
SM
MD
LG