Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:48

-

Azərbaycanda daha bir məmur övladının əməlinə görə vəzifəsini itirib.

apa-nın məlumatına görə, Zərdab rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərov tutduğu vəzifədən azad edilib.

Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov martın 22-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Bu zaman o, polisə sənəd təqdim etməkdən imtina edib.

Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.

Ceyhun Səfərovun həbs müddəti martın 27-də başa çatıb və o, sərbəst buraxılıb.

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edərək onları övladlarını düzgün tərbiyə etməyə çağırıb. Prezident hətta bəzi məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə görə sərt xəbərdarlıq da edib. Ölkə başçısı vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb edib.

«Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq», - dövlət başçısı vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG