Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:22

İlham Əliyev Ağ Şəhər bulvarında olub


İlham Əliyev Bakı Ağ Şəhər bulvarında - 30 mart 2015
İlham Əliyev Bakı Ağ Şəhər bulvarında - 30 mart 2015

-

Prezident İlham Əliyev Bakı Ağ Şəhər bulvarındakıinşaat işləri ilə tanış olub.

president.az saytının məlumatına görə, Bakı Ağ Şəhər bulvarı İlham Əliyevin tapşırığı ilə əvvəllər paytaxtın «Qara şəhər» kimi tanındığı və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində ən müasir standartlara uyğun şəkildə salınır.

Məlumatda deyilir ki, Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində olacaq. Müasir iaşə və xidmət obyektləri yaradılacaq. Dənizkənarı piyada yolları çəkiləcək, xüsusi yaşıllıq zonaları yaradılacaq, müxtəlif sahilbərkitmə işləri həyata keçiriləcək. Bulvarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün piyada keçidləri də inşa ediləcək.

Yeni bulvarın təməli 2013-cü ilin mayında qoyulub.

XS
SM
MD
LG