Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:47

Təbii qaz təchizatında məhdudiyyətlər olacaq


Foto illüstrasiya
Foto illüstrasiya

-

Yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaz tənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar martın 31-də bəzi rayonlarına təbii qaz verilişində fasilələr olacaq.

Saat 12:00-dək Bərdə, saat 16:00-dək Sabunçu, saat 18:00-dək Ağdaş və Şəki, işlər başa çatanadək isə Binəqədi, Xətai və Xəzər rayonlarının bir hissəsinə təbii qaz təchizatında məhdudiyyətlər gözlənir.

Məlumatı «Azəriqaz» İstehsalat Birliyi yayıb.

***

Martın 31-i saat 10:00-dan 18:00-ə Hacıqabul rayonunun Rəncbər, Nəvahi, Pirsaat, Qubalı, Şıxlar, Qaradağ rayonunun Qobustan, İsmayıllı rayonunun Talıstan, Xızı rayonunun Şurabad, Giləzi, Yeni Yaşma və Sitalçay, Siyəzən rayonunun Qara Siyəzən, Zarat, Candamarı və Beşdam kənd və qəsəbələrində qaz olmayacaq.

Bu, «Qaz İxrac» İdarəsinin bir neçə stansiyasında aparılan təmir işləri ilə bağlıdır.

SOCAR-ın saytının məlumatına görə, aparılan işlərin Zərdab, Zaqatala, Balakən, Lənkəran, Astara, Masallı, Yardımlı və Lerik rayonlarının, o cümlədən, Bakı şəhəri Xəzər rayonu Zirə kəndinin, İsmayıllı şəhərinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

XS
SM
MD
LG