Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:42

Pentaqon rəhbəri Ərəb Liqasının çağırışını dəstəkləyir


Yəməndə hutilərin silah anbarı olduğu iddia olunan yerdən tüstü qalxır
Yəməndə hutilərin silah anbarı olduğu iddia olunan yerdən tüstü qalxır

-

ABŞ-ın Müdafiə naziri Ash Carter Ərəb Liqasının sünni liderlərinin planını dəstləyib. Liderlər İslam Dövləti silahlı qruplaşmasındakı sünni ekstremistlər və Yəməndə İranın dəstəklədiyi huti silahlıları ilə mübarizə üçün birgə hərbi qüvvə yaratmağı təklif edirdi.

Martın 20-də Nyu Yorkda danışan Carter deyib ki, planlaşdırılan birgə qüvvə “yaxşı fikirdir”.

Bu razılaşma martın 29-da Ərəb Liqasının Misirdəki sammitində elan edilib. Səudiyyə Ərəbistanı, Misir və müttəfiqləri regional böhranlara hərbi müdaxilə üçün yeni qətiyyət göstərmək niyyətindədir.

Birgə qüvvənin necə işləyəcəyi barədə detallar gələn ay hazırlanacaq, tam təklif isə dörd aya ortalığa qoyulacaq.

Ancaq Səudiyyənin rəhbərliyi ilə 10 sünni dövlətdən ibarət koalisiya artıq Yəməndə şiə hutilərə hava zərbələri endirməkdədir.

ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf martın 30-da deyib ki, Vaşinqton Ərəb Liqası qüvvəsinin dəqiq strukturu və əməliyyat mandatını gözləyir.

XS
SM
MD
LG