Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:59

-

İran və altı superdövlətin təmsilçiləri nüvə danışıqlarının son gününə başlayır. İsveçrənin Lozanna şəhərində keçirilən danışıqlar intensivləşib. 31 martadək tərəflər çərçivə sazişi əldə etməyə çalışır.

Rusiya, Fransa, Britaniya, Çin və Birləşmiş Ştatlar üstəgəl Almaniya (P5+1) Tehranın nüvə silahı hazırlamadığına əmin olmaq istəyir. Bunun əvəzində İrana iqtisadi sanksiyalar qaldırıla bilər.

Bir Qərb diplomatı martın 30-da deyib ki, son tarixədək çərçivə sazişinin əldə olunacağı dəqiq bəlli deyil.

Müzakirə olunan əsas məsələlər İranın istifadə edə biləcəyi sentrifuqaların sayı və zənginləşdirilmiş uranın İrandan çıxarılmasıdır.

Məlumatlara görə, ən çətin məsələlər İranın nüvə fəaliyyətin limitin müddəti (ilkin müddət 10 ildir), BMT sanksiyalarının qaldırılmasının sürəti və İranın şərtlərə əməl etmədiyi halda sanksiyaların bərpasıyla bağlıdır.

Tərəflər iyunadək yekun saziş əldə etmək istəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG