Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:40

"5 polis sahibkarın üzünə durdu, 5 sutkalıq həbs edildi"


Kürdəmirdə Əlvan Nəbiyevin azad olunması tələbilə etiraz aksiyası
Kürdəmirdə Əlvan Nəbiyevin azad olunması tələbilə etiraz aksiyası

-
“Rayonda özbaşınalıq baş alıb gedir. Sahibkarları sıxırlar. Müəyyən obyektləri işlətmək üçün pul tələb edirlər.”

Bunları Kürdəmir sakini Ramin Almərdanov AzadlıqRadiosuna deyir. Rayon sakinləri martın 29-da piket keçirib. Onlar həbs olunan həmyerliləri Əlvan Nəbiyevin azad olunmasını tələb ediblər.

Ramin Almərdanov deyir ki, Əlvan Nəbiyev də rayondakı sahibkarlardan biridir. O martın 29-da həbs edilib. Almərdanov həmyerlisinin həbs olunma səbəbindən danışır:

“Rayonda görülən abadlıq işlərinin hamısı sahibkarların hesabınadır. Dövlət büdcəsi hesabına görülmür. Büdcədən rayona ayırılan pulları "yeyirlər". Əlvan da prezidentə və xanımına rayondakı vəziyyətdən- özbaşınalıqdan, sosial vəziyyətin bərbadlığından yazıb. Bundan sonra onu işləməyə qoymurdular, incidirdilər. Bir də eşitdik ki, tutublar. Onu prezidentə məktublar yazdığına görə tutublar”.

POLİS ŞAHİDLƏR

Martın 29-da həmyerlilərinin həbsindən narahat olan sakinlər Kürdəmir Rayon Məhkəməsinin önünə toplaşıb. Həmin vaxt məhkəmə zalında Əlvan Nəbiyev məhkəmə qarşısına çıxarılmışdı.

Bina önünə toplaşanlarsa onun qanunsuz həbs edildiyini, azadlığa buraxılmasını tələb ediblər. Ramin Almərdanov da həmyerlisinə ədalət tələbi ilə həmin piketə qatılıb. O, məhkəmədə baş verənləri belə nəql edir:

“Ona qarşı iddia qaldırdılar ki, guya küçə ticarəti ilə məşqul olur. Nə küçə ticarəti? Adam sahibkardır, kartof satır. Məhkəmədə 5 polis onun üzünə durdu. Bunlardan başqa Əlvanın heç bir şahidini dinləmədilər. Bununla da məclisi bağlı elan etdilər. Hakim də 5 sutka həbs verdi, getdi”.

Ceyhun Cəfərov
Ceyhun Cəfərov

Sakinlər deyirlər ki, həmyerliləri haqsız yerə həbs edilib. Onlar Əlvan Nəbiyevin rayondakı gerçək durumu prezidentə çatdırdığına görə həbs edilidyini düşünürlər.

Kürdəmir Rayon Məhkəməsidən AzadlıqRadiosuna Əlvan Nəbiyevin həbsi ilə bağlı məlumat verəcək birinin olmadığını dedilər.

5 MİLYON VƏ NƏTİCƏ

Rayonun icra başçısı Ceyhun Cəfərovsa sakinlərin etirazlarına cavab verib. O mətbuata açıqlamasında bildirib ki, sahibkarlara təzyiq olması fikirləri həqiqəti əks etdirmir:

“Kürdəmirdə heç bir sahibkara təzyiq edilmir. Küçə ticarəti ilə mübarizə aparılır. Bu zaman kimsə polisin qanuni tələblərinə qarşı çıxıb və müqavimət göstərib. Həmin adama məhkəmə inzibati qaydada cəza kəsib. Təəssüf ki, Kürdəmir kimi sakit rayonda bəzən belə hallar olur. Bunu sahibkarlara təzyiq kimi qiymətləndirmək düzgün deyil”-deyə icra başçısı bildirib.

Ceyhun Cəfərov rayonda sosial şəraitin pis olması məsələsinə də toxunub.

İcra başçısı bildirib ki, bir neçə ildir qazılan kanalizasiya xətlərinə görə yolların vəziyyəti pisdir. Ceyhun Cəfərov işlərin maya qədər yekunlaşacağını, yollara asfalt döşənəcəyini deyir.

Son bir neçə ildə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə dövlət büdcəsindən Kürdəmir Rayon İcra Hakimiyyətinə bir neçə milyon manat pul ayrılıb- 2012-ci ildə 3 milyon, 2013-cü ildəsə 2 milyon manat.

XS
SM
MD
LG