Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:11

Separatçılar Kiyevə konstitusiyanı “bir yerdə işləməyi” təklif ediblər


Rusiyada çıxan “Nezavisimaya qazeta” xəbər verir ki, Moskva tərəfindən dəstəklənən Donetsk və Luqanks “xalq respublikları” Kiyevə öljkənin yeni konstitusiyasının hazırlanması üçün vahid komissiya yaradılmasını təklif ediblər.

Separatçıların lideriləri bildiriblər ki, 2015-ci il 12 fevral tarixli Minsk razılaşmasında Ukraynada konstitusiya islahatının keçirilməsi nəzərədə tutulub.

Onların sözlərinə görə, bu islahatlar Ukraynanın “mərkəzsizləşdirilməsinə” xidmət etməlidir.

Bundan sonra isə tərəflər – iki separatçı vahid və Kiyev konstitusiya qanunvericiliyini “sinxronlaşdırmalıdırlar”.

Separatçı liderlər bildirirlər ki, belə bir təkliflə çıxış etsdələr də, Kiyevdən heç bir cavab almayıblar.

XS
SM
MD
LG