Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:43

Litva Rusiya konsulunu “casusluğa görə” deportasiya edib


Litva təhlükəsilik departamentinin Vilnüs yaxınlığındakı bazalarından biri.

Litva təhlükəsilik departamentinin Vilnüs yaxınlığındakı bazalarından biri.

Litvanın dövlət təhlükəsizliyi departamenti bazar ertəsi açıqladığı “Milli təhlükəsizliyə hədələr” hesabatında bildirir ki, ötən ilin aprelində Rusiyanın Klaypeda şəhərindəki baş konsulu Vladimir Malıgini “Litva qanunlarının pozulmasına və qeyri-peşəkarlığa” görə deportasiya edib.

Vilnüs rəsmiləri deyiblər ki, Rusiyanın keçmiş konsulu vəzifəsindən sui-istifadə edərək Litvanın müstəqilliyinə qarşı çıxan təşkilat və şəxslərlə görüşlər keçirib.

Həmçinin bu da xəbər verilir ki, konsul Litvada prezident seçkilərinin ərəfəsində siyasi partiyaların mövqeləri barədə informasiya toplayırmış.

Rəsmilər deyiblər ki, Litvaya qarşı casusluqla həmçinin Belarus dioplomatları məşğul olublar.

Təhlükəsizlik departamentinin məlumatına görə, Belarus baş hərbi kəşfiyyatının əməkdaşı Sergey Kurulenko Litvada iş adamı adı altında pərdələnibmiş.

Litva xüsusi xidmətləri bildirilər ki, Kurulenko məxfi hərbi iinformasiyanın toplanması ilə məşğul olub.

Ona iki Litva vətəndaşının da köməklik göstərdiyi xəbər verilir.

“Oro navigacija» dövlət şirkətinin əməkdaşı Romualdas Lipskis və Litva ordusunun keçmiş həkimi Andrey Oşurkov 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG