Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:35

Səudiyyənin rəhbərlıiyi altında ərəb kolasiyasının dəniz donanmalarına aid gəmilər Yəmənin dəniz limanlarını blokadaya alıb.

Müşahidəçilər bildirirlər ki, portların blokadaya alınmasından məqsəd onların şiəməzhəb huti qiyamçılarının əlinə keçməsinin qarşısını almaqdır.

Səudiyyə Hərbi Dəniz Qüvvələrinin briqada generalı, koalisiyanın sözçüsü Ahmed Asiri bildirib ki, silahların və döyüşçülərin limanlara daxil olmasına imkan verilmir.

Səudiyyə koalisiyasının təyyarələri ötən gün ərzində Yəmənin 21 əyaləti üzərində hava reydləri keçirib.

Koalisiya hava zərbələrinin köməyi ilə qiyamçıların Ədən şəhərinə dasil olmasını əngəlləmək istəyir.

Şiə qiyamçılardan qaçan Yəmən prezidenti Abed Rabbo Mansour Hadi əvvəlcəbu şəhərə sığınmışdı.

ABŞ-ın əl-Qaedaya qarşı mübarizədə əsas müttəfiqlərindən olan Hadi hələ Yəmənin rəsmi prezidenti hesab olunur.

ABŞ Yəmən reydlərində Səudiyyəyə dəstək versə də, hava zərbələrində bilavasitə iştirak etmir.

Təhlilçilər bu münaqişəni şiəməzhəb İran və sünni-sələfi Səudiyyə arasında nüfuz müharibəsi kimi qiymətləndirirlər.

Hutilər hava reydləri başlanandan bəri Yəməndə olan 140 xarici vətəndaşı həbs ediblər.

Onlar Səudiyyə təyyarələrinə nişançılıq etməkdə şübhəli bilinirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG