Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:11

«İran» qəzeti yenidən satışa buraxılıb


«İran» qəzeti oktyabrın 28-dən satışdadır

«İran» qəzeti oktyabrın 28-dən satışdadır

May ayının 12-də dərc etdiyi karikaturalarla İran azərbaycanlılarının qəzəbi və kütləvi etirazlarına səbəb olan «İran» qəzeti oktyabrın 28-dən yenidən nəşrə başlayıb.

«İrşad-i İslami» İdarəsinin sədri Mədəniyyət naziri Hüseyn Səfər Hərəndi «İran» qəzetinin 4 aydan sonra ilk dəfə işıq üzü görən 28 oktyabr tarixli nömrəsində qəzet redaksiyası adından Azərbaycan xalqından üzr istəyib.


«İran» qəzetinin keçmiş məsul katibinə bəraət verilsə də prezident Əhmədinejad sərt xətt tərəfdarı Kaveh Eştehardini bu vəzifəyə təyin edib. Bu haqda yazan «Küveyt Taymz» qəzetinə əsasən, karikatura qalmaqalında Amerikanı təqsirləndirən Əhmədinejad beləliklə, bu əhəmiyyətli dövlət orqanını keçmiş prezident Xatəminin liberal tərəfdarlarından təmizləmək istəyib.


İran İslam Respublikasının rəsmi orqanı olan «İran» qəzeti etiraz aksiyalarından bir həftə sonra Mətbuata Nəzarət Komissiyasının qərarı ilə müvəqqəti olaraq bağlanılmış və onun məsulları məhkəməyə verilmişdi.


Avqustun 12-də Tehranın cəza məhkəməsi qəzetin məsul katibi Qulamhüseyn İslamifərə bəraət vermişdi. Karikaturanın rəssamı Mana Nistani və qəzetin baş redaktoru Mehrdad Qasımfər isə bir müddət həbsə alındıqdan sonra heç bir məhkəmə qərarı verilmədən azad edilmişlər. Onların hazırda harada olduqları məlum deyil, lakin bəzi xəbər mənbələri onların Avropaya mühacirət etdiklərini bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG