Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:49

KÖHNƏ NAĞIL


Bircə-bircə ovladılar qoçaqları, qaçaqları



Qızıl gülləymiş sən demə, dünyadan alacaqları.




Bircə-bircə ovladılar gözəlləri, göyçəkləri




Qızıl teştə qan qusmaqmış dünyada görəcəklər…




Bircə-bircə sındırdılar şeir yazan barmaqları




Od vurdular, yandırdılar sözü qızıl varaqları!




Qorxaqları, kifirləri göz üstündə saxladılar.




Bir qəpiklik şeirləri oxudular, ağladılar…


XS
SM
MD
LG