Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:55

Almaniya prokurorluğu pilot Lubitzin psixiatrik müalicə almasını təsdiqləyib


Andreas Lubitz
Andreas Lubitz

Martın 24-də Alp dağlarında qəzaya düşən A 320 təyyarəsinin pilotu Andreas Lubitz psixiatrik müalicə alıbmış.

Düsseldorf prokurorluğunun sözçüsü Ralf Herrenbrueck martın 30-da bildirib ki, pilot 27 yaşlı Lubitz pilot olmazdan əvvəl, bir neçə il müalicə alıb.

Amma lisenziya alanda bu barədə sənəd təqdim etməyib.

Almaniyanın Germanwings şirkətinə məxsus təyyarədə 150 nəfər olub.

Qəzadan sağ çıxan olmayıb.

Qara qutudan əldə olunan səs yazısı göstərir ki, o təyyarəni dağa qəsdən qırpıb.

O qapını bağlayaraq çölə çıxan kapitanı içəri buraxmayaıb və təyyarəni bilərəkdən aşağı endirməyə başlayıb.

XS
SM
MD
LG