Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:11

Moskvada keçiriləcək hərbi parada Çexiya prezidenti Zeman da qatılacaq


Milos Zeman
Milos Zeman

Nasist Almaniyası üzərində qələbənin 70 illiyi münasibəti ilə Moskvada keçiriləcək mərasimdə Çexiya prezidenti Milos Zeman da iştirak edəcək.

Bunu martın 29-da yerli radioya Zemanın özü deyib.

O qeyd edib ki, Sovet İttifaqı olmadan Hitleri məğlub etmək qeyri-mümkün idi.

Mayın 9-da Kremldəki Qızıl Meydanda prezident Vladimir Putinin rəhbərliyi ilə hərbi parad keçiriləcək.

Mayın 9-u Rusiyada qələbə günü kimi qeyd olunur.

Moskvanın bu yaxınlarda Krımı zəbt etməsi və Ukraynanın şərqindəki müharibəyə görə, bu il bir çox Avropa lideri bu tədbirə qatılmaqdan imtina edib.

Bu tədbirə qatılanlar arasında Çin, Şimali Koreya və Monqolustan prezidentləri də olacaq.

Zeman deyib ki, o tədbirdə Şimali Koreya prezidenti Kim Jong Una əl uzatmayacaq.

XS
SM
MD
LG