Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:36

-

Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvləri Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Namiq Məmmədov və Ruslan Mustafayevin məhkəməsinə hazırlıq iclası keçirilib. İclasa hakim Ənvər Seyidov sədrlik edib.

Milli Təhlükəsizlik Nazirliyinin istintaq idarəsi tərəfindən aparılan istintaq orqanı bir çox məqamları üzə çıxarıb. İstintaqın gəldiyinəticəyə görə, bu gənclər “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı qanunsuz silahlı birləşmənin özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçiblər. Bəs bu gənclər bir-birləri ilə necə tanış olublar? Gələcək fəaliyyətlərini harda, hansı şəraitdə planlayıblar?

Onlar istintaqa verdikləri ifadələrində üç məkanın adını hallandırıblar - Bakıdakı “Ləzgi”, “Qaraçuxur” və “İlahiyyət” məscidləri…

Arxiv fotosu

Arxiv fotosu

“SURİYAYA İÇİMDƏKİ CİNİ ÇIXARTDIRMAĞA GETMİŞDİM”

İbtidai istintaqa verdikləri ifadələrində gənclər Suriyaya getməklərini müxtəlif səbəblərlə əsaslandırıblar. Məsələn, Tariyel Mustafayev səfərini belə əsaslandırıb:

“İl yarım olardı ki, bədənimə 500 yaşlı Aişə adlı cin girmişdi. Cini çıxartmaq üçün 2013-cü ilin oktyabr ayında İstanbula, oradan da qaçaq yolla Suriya Ərəb Respublikasının Artma şəhərinə getdim. Orada müalicə olundum”.

Istintaq isə Tariyel Mustafayevin əsaslandırmasını gülünc hesab edib. Bu nəticəyə gəlib ki, o da digər təqsirləndirilənlər kimi İŞİD adlı qanunsuz silahlı birləşməyə qoşulub. İŞİD özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçib.

“RADİKALLAŞDIĞI ÜÇÜN OĞLUMU EVDƏN QOVDUQ”

Maraqlı ifadələrdən biri təqsirləndirilən Elvin Əliyevin anası Mənsurə Əliyevaya məxsusdur. O, istintaqa deyib ki, oğlu Elvin 2012-ci ildən ibadətə başlayıb. Bir valideyn kimi buna sevinsə də, sonar peşman olub:

“Hiss etdim ki, Elvində radikallaşma gedir. Bu səbəbdən də atası onu evdən qovdu. 2013-cü ilin yay aylarından birində eşitdim ki, Elvin Suriyaya gedib, orada dindarlara qoşulub. Ötən ilin yanvar ayında isə eşitdim ki, Suriyadan qayıdıb. Oğlum qayıtsa da, qızımın ibadətlə məşğul olan əri Nemət Nəcəfquliyev hələ də Suriyadadır. O, Elvindən qabaq getmişdi”.

İbtidai istintaqa verilmiş ifadələrdə maraqlı ifadələr çoxdur. Təqsirləndirilən şəxslər özlərinə götürdükləri ləqəblərdən, Suriyadakı fəaliyyətlərindən, əldə etdikləri döyüş silahlarından geninə-boluna danışıblar. Onlar Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçdiklərini etiraf ediblər. Təlimlərdən sonra bölgü əsasında “Azəri camaatı” və digər silahlı dəstələrin tərkibinə daxil olublar. İŞİD tərkibində müxtəlib yerlərdə, əsasən də İraqdakı hərbi əməliyyatlarda iştirak ediblər. Məhkəmə qarşısına çıxarılan azərbaycanlılar arasında İŞİD tərkibində İraqdakı hərbi əməliyyatlarda yaralananlar da var.

Bu iş üzrə hazırlıq iclası təqribən 20 dəqiqə çəkib. Hakim məhkəmə baxışını aprelin 6-na təyin edib.

Qeyd edək ki, ittiham aktında tez-tez adı hallanan “Ləzgi” məscidinin imamı da hazırda həbsdədir. Onun MTN-də saxlandığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG