Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:26

Özbəkistanın Mərkəzi Seçki Komissiyası indiki prezident İslam Karimovun seçkilərdə asanlıqla qalib gəldiyini xəbər verir.

Komissiyanın sədri Mirzoulughbek Abdusalimovun sözlərinə görə, ilkin nəticələr Karimovun 90 faizdən çox səs topladığını göstərir.

77 yaşlı Karimov 25 ildən çoxdur ki, hakimiyyətdədir.

Onun 3 tanınmayan rəqibi seçkiqabağı kampaniyalarda yalnız onu tərifləməklə məşğul olublar.

Rusiya prezidenti Vladimir Putin onu tələsik təbrik edib və bildirib ki, nəticələr Karimovun Özbəyistan xalqı arasındakı nüfuzundan xəbər verir.

Həmçinin keçmiş Sovet İttifaqı dağıldıqdan bu yana Qazaxıstanı idarə edəb Nursultan Nazarbayev Karimovu qələbə münasibəti ilə təbrik edib.

Qazaxıstanda isə prezident seçkisi aprelin 26-a təyin edilib.

Nazarbayev də növbəti dəfə prezident seçilmək istəyir.

ATƏT Özbəkistanda əsil müxalifət olmadığını və seçkilərin pozuntuyla keçirildiyini bəyan edib.

Karimov Özbəkistanı 1989-cu ildən idarə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG