Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:32

İsrail: «Azərbaycana da getməmək məsləhətdir»- [video]


-

İsrail Milli Təhlükəsizlik Şurasının Terrorla Mübarizə Bürosu məlumat yayıb. Bu məlumatda İran, İraq, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmənə səyahət qadağası gətirildiyi ölkə vətəndaşlarının diqqətinə yetirilir.
Bir sıra ölkələrdə yaşayan İsrail vətəndaşlarına həmin yerləri tərk etmək məsləhət görülür.

Azərbaycan, Keniya, Mərakeş, Nigeriya, Oman və Türkiyənin adları isə «davam edən potensial təhdidlər» kateqoriyasına salınıb.

AzadlıqRadiosu bu xəbərdarlığa Azərbaycan yəhudilərinin münasibətini öyrənmək məqsədi ilə Bakıdakı Avropa Yəhudiləri Sinaqoqunun ravvini Şneor Seqala (Shneor Segal) üz tutub:

- Pesax bayramı Azərbaycanda necə qarşılnır?

- Pesax azadlığı simvolizə edir və Azərbaycanda da əlamətdar şəkildə qeyd olunur. Azərbaycan yəhudilərin rahat yaşadığı ölkələrdəndir. Tolerantlıq və müxtəliflik var burda. Hər hansı təbəqədən olan insan Azərbaycanda rahat davrana bilir. Mən dini mənsubiyyətimi açıq göstərən bu görkəmdə küçəyə çıxanda, yalnız “salam” və gözəl sözlər eşidirəm. Ona görə də Azərbaycan yəhudiləri bu bayramı yüksək səviyyədə, hətta bəzi ölkələrdəki yəhudilərdən daha yaxşı keçirirlər.

- Bəs nədən İsrail öz vətəndaşlarına bayram ərəfəsində Azərbaycana da səyahət etməməyi məsləhət görür?

Onlar nə deyirlər-desinlər. Mən İsraildən olan yəhudi olaraq Azərbaycanda yaşayıram. Burada hər şey yaxşıdır. Çox insanların Azərbaycanla bağlı təsəvvürləri yoxdur...

- Onlar nə deyirlər-desinlər. Mən İsraildən olan yəhudi olaraq Azərbaycanda yaşayıram. Burada hər şey yaxşıdır. Çox insanların Azərbaycanla bağlı təsəvvürləri yoxdur. Onlar, sadəcə, internetdə axtarmaqla görürlər ki, bu ölkə əhalisinin 95 faizi müsəlmandır. Bu, onlara təhlükəli görünə bilər. Azərbaycanda olmayan, buranı duymayan, insanları ilə ünsiyyət saxlamayanlara fikir irəli sürmək çətindir. Əsas odur ki, burada yaşayanlar Azərbaycanın həqiqətdə necə ölkə olduğunu bilirlər.

- Bilmək olar Azərbaycanda nədən razı və nədən narazısınız?

- AZAL - Azərbaycan Hava Yolları şirkəti bir kampaniya başladıb. Təyyarə ilə Təl Əvivdən Bakıya, Bakıdansa Nyu-Yorka uçmaq olur. Oradan insanlar uyğun qiymətə Nyu Yorka gedə bilirlər. Azərbaycanı tanımayanlardan tez-tez məktublar alıram. Soruşurlar ki, Bakıda vəziyyət necədir? Biz bu görkəmdə ora gəlsək, başımızdakı kipanı çıxarmalıyıq? Mən onlara deyirəm ki, siz rahat gələ bilərsiniz. Hətta üstünüzdə yəhudiləri andıracaq simvollar varsa, daha çox hörmətlə qarşılanacaqsınız.

Günün bütün mövzuları

XS
SM
MD
LG