Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:28

Neftçidə istefa yox, struktur dəyişikliyi olub


“Heç bir istefadan söhbət getmir. Sadıq Sadıqov Neftçidəki fəaliyyətini davam etdirir”.

Bunu APA-ya SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

O bildirib ki, Neftçidə struktur dəyişikliyi olub və Sadıq Sadıqov bundan sonra Neftçi İdman Klubunun rəhbəri vəzifəsini yerinə yetirəcək:

“Sadıq Sadıqov hazırda “Neftçi” İdman Klubunun rəhbəri, eyni zamanda “Neftçi” PFK-nın prezidentidi. “Neftçi” PFK “Neftçi” İdman Klubunun tərkibinə qatılıb. Bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənilir və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Bundan əvvəl mətbuatda Neftçinin prezidenti Sadıq Sadıqoun istefa verməsi və Çingiz Abdullayevin bu vəzifəyə gətirilməsi barədə məlumat yayılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG