-
«Heç bir istefadan söhbət getmir. Sadıq Sadıqov Neftçidəki fəaliyyətini davam etdirir».
Bunu APA-ya SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.
O bildirib ki, Neftçidə struktur dəyişikliyi olub və Sadıq Sadıqov bundan sonra Neftçi İdman Klubunun rəhbəri vəzifəsini yerinə yetirəcək:
«Sadıq Sadıqov hazırda «Neftçi» İdman Klubunun rəhbəri, eyni zamanda «Neftçi» PFK-nın prezidentidi. «Neftçi» PFK «Neftçi» İdman Klubunun tərkibinə qatılıb».
NEFTÇİ MƏTBUAT XİDMƏTİ DEYİR Kİ...
«Yazıçı Çingiz Abdullayevin «Neftçi» klubuna prezident təyin olunması ilə bağlı deyilənlər yalandır».
Bu sözləri «Neftçi» klubunun mətbuat xidmətinin katibi Gündüz Abbaszadə Axar.az-a açıqlamasında deyib:
«Çingiz Abdullayevin «Neftçi» klubuna prezident təyin olunması xəbəri doğru deyil. Biz də bu xəbəri mətbuatdan eşitmişik. Belə bir rəsmi təyinat yoxdur. Bu, yalnız mətbuatın yaydığı xəbərdir».
Bəzi xəbər saytları yazıçı Çingiz Abdullayevin «Neftçi» klubunun prezidenti təyin olduğunu yazırdılar.
PREZİDENT İSTEFAYA GETMƏYİB...
«Neftçi» klubunun Facebook səhifəsində isə yazırlar ki, klubun prezidenti Sadıq Sadıqov istefası ilə bağlı xəbər də yalandı:
«Mətbuatda Sadıq Sadıqovun istefası haqqında xəbərlər yer alıb. Nəzərinizə çatdırırıq ki, heç bir istefadan söhbət gedə bilməz. Sadıq Sadıqov «Neftçi» İdman Klubu İctimai Birliyinin rəhbəri, eyni zamanda «Neftçi» PFK-nın da prezidentidir. «Neftçi» PFK bir müddət əvvəl «Neftçi» İdman Klubu İctimai Birliyinin tərkibinə verilib. Bununla bağlı bəzi nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Bu haqda ictimaiyyətə məlumat veriləcək.»