Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:50

İranla danışıqlar davam etdirilir


Federica Mogherini, Mohammad Javad Zarif və Ali Akbar Salehi
Federica Mogherini, Mohammad Javad Zarif və Ali Akbar Salehi

Martın 31-dək İranın nüvə proqramı ilə bağlı danışıqlarda çərçivə sazişi əldə olunub-olunmayacağı hələlik aydın deyil.

Bu barədə İranla danışıqlarda iştirak edən Qərb diplomatlarından biri məlumat yayıb.

Onun sözlərinə görə, problem əsasən İranın nüvə fəaliyyətinə qoyulacaq məhdudiyyətlərin müddəti ilə bağlıdır.

İranla danışıqlarda ABŞ,Böyük Britaniya, Fransa,Almaniya, Rusiya və Çin iştirak edir.

Danışıqlar hazırda İsveçrədə davam etdirilir.

Tərəflər martın sonunadək çərçivə sazişi, iyunun sonunadək isə yekun razılaşma əldə etmək qərarına gəliblər.

Söhbət İranın nüvə fəaliyyətini dayandırması, əvəzində İrana qarşı sanksiyaların yüngülləşdirilməsi və ya ləğvindən gedir.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

XS
SM
MD
LG