Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:40

Elçin Behbudov Azərbaycan tərəfə keçən erməni əsgərə baş çəkib


Elçin Behbudov
Elçin Behbudov

İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudov martın 30-da Azərbaycan tərəfə keçmiş erməni əsgəri Andranik Grigoryanla görüşüb.

Bu barədə Azadlıq Radiosuna Elçin Behbudovun özü məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə əsgər onunla görüşdə saxlanma şəraitinin yaxşı olduğunu, ona vaxtı-vaxtında yemək verildiyini və heç bir şikayəti olmadığını deyib.

Andranik Grigoryan Elçin Behbudava deyib ki, xidmət etdiyi hərbi hissədə hərbçi yoldaşları tərəfindən daima döyülürmüş.

O bildirib ki, orada əsgərlərə vaxtı keçmiş yeməklər verilir, şərait pisdir və imkanları olsa, xeyli əsgər onun kimi Azərbaycan tərəfə keçər.

Andranik Grigoryan martın 22-də xidmət etdiyi hərbi hissəni tərk edərək Azərbaycan tərəfə keçib.

Obunun səbəbini mənasız yerə ölmək istəməməsi ilə izah edib.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə bu günlərdə mətbuata açıqlamasında deyib ki, Andranik Griqoryanın valideynləri ilə münasibətləri gərgin olub.

XS
SM
MD
LG