Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:45

Şamaxı sakini: «Dərdimizi nazirə deməyə imkan vermirlər»


Ziya Məmmədov Qubada vətəndaşları qəbul edir - 2013

Ziya Məmmədov Qubada vətəndaşları qəbul edir - 2013

-

«Nazirin qəbuluna düşüb, fikrimizi ifadə etməyə, dərdimizi deməyə imkan vermirlər».

Bunu AzadlıqRadiosuna Şamaxı rayon Quşçu kənd sakini Zahir Məmmədov deyir.

Nəqliyyat naziri Ziya Məmmədov martın 30-da Şamaxı şəhərində Qobustan və Şamaxı rayonlarında yaşayan vətəndaşları qəbul edir. Məqsəd vətəndaşların müraciətlərinə baxılması, nəqliyyatda problemlərin araşdırılması və həll edilməsidir. Bu barədə nazirliyin rəsmi internet səhifəsində də məlumat yerləşdirilib. Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı martın 29-dək müvafiq ünvanlarda aparılıb.

«20 NƏFƏRDƏN 2 NƏFƏRİ DİNLƏMƏK İSTƏMİRLƏR»

Amma Zahir Məmmədov deyir ki, bir neçə dəfə cəhd etmələrinə baxmayaraq, qəbula yazıla bilməyiblər:

«Əvvəl demişdilər ki, martın 13-də nazir gələcək. Onda qəbula yazılmışdıq. Sonra bildirdilər ki, dəqiq tarix bəlli deyil. Biləndə ki, martın 30-da qəbul olacaq, kimə müraciət etdiksə, bizi qəbula yazmadılar. İndi də bir maşın – təxminən 20 nəfər yığılıb gəlmişik ki, heç olmasa, bizdən 2 nəfəri qəbul etsinlər, amma etmirlər. Qəbula ancaq rayon rəhbərliyinin müəyyən etdiyi adamlar düşə bilir».

«BU İŞƏ İCRA BAXMIR»

Zahir Məmmədov deyir ki, kənd sakinlərinin əsas problemi, nazirə çatdırmaq istədiyi –kənddən rayon mərkəzinə gələn yolun bərbad olmasıdır:

«Demirik ki, biz dərdimizi deyək, o saat da həll olunsun. Heç olmasa, fikrimizi ifadə etməyə, dərdimizi deməyə imkan versinlər də. Görüş yeri polislə mühafizə olunur, heç yaxın düşməyə də imkan vermirlər».

Kənd sakinlərinin nazirlə görüşənləri rayon rəhbərliyinin müəyyənləşdirməsi ilə bağlı iddialarına Şamaxı rayon icra başçısının müavini Ağamustafa Vahidovdan münasibət almağa çalışdıq. Ağamustafa Vahidov «bu işlərə icra hakimiyyəti baxmır» deməklə kifayətləndi.​

Şərhləri göstər

XS
SM
MD
LG