Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:29

-

Martın 30-da İraqın təhlükəsizlik qüvvələri Tikrit şəhərindəki İslam Dövləti (İD) silahlı qruplaşması yaraqlıları ilə döyüşləri davam etdirib. Birləşmiş Ştatlar və müttəfiqləri isə havadan zərbələr endirməkdədir.

Ancaq yerli rəsmilərin sözlərinə görə, İraqın keçmiş diktatoru Saddam Hussein-in doğulduğu bu sünni şəhərini yenidən ələ keçirmək belə tezliklə mümkün olmayacaq. Şəhərin meri Osama al-Tikriti deyib ki, şəhərin içində sürətlə irəliləmək çox çətindir, çünki quru hissə bombalarla, mina-tələlərlə doludur.

Tikritə qurudan hücumu İranın dəstəklədiyi şiə silahlıların verdiyi qərar da çətinləşdirib. Hökumət qüvvələri ilə birlikdə döyüşən həmin silahlılar martın 26-da başlanan ABŞ hava hücumlarına qarşı çıxıb və hazırkı hücumu boykot qərarı verib. Şiə qrupları martın 2-dən start götürən əməliyyatda böyük qüvvə idi.

Ancaq bir neçə həftəlik itkilərdən sonra əməliyyatlar səngiyib. Üstəlik hökumətlə ABŞ rəsmilər arasında gərginlik də artıb. Səbəb İranın şiə silahlılarına göstərdiyi dəstəkdir.

Sünni ekstremistlərinin rəhbərlik etdiyi İD silahlıları ötən ilin iyununda Tikriti ələ keçirib. Qruplaşma İraqın şimalında və qərbində böyük ərazilər ələ keçirə bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG