Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Putin: Rusiya müstəqil Fələstin dövləti uğrunda mübarizə aparacaq


Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva fələstinlilərin öz dövlətləri uğrunda mübarizəsini dəstəkləyəcək.

Putin habelə Yaxın Şərqə aid məsələlərin dinc yollarla həll olunmasına çağırıb.

Ərəb Liqasının sammitinə müraciətində Putin Yaxın Şərq ölkələrinə əcnəbilərin müdaxiləsini pisləyib və Rusiyanın diplomatik vasitəçiliyini təklif edib.

Lakin təhlilçilər deyirlər ki, Rusiya ABŞ tərəfindən dəstəklənən İsrailin Yaxın Şərqdəki siyasətinə qarşı çıxsa da, Moskvanın bu bölgədəki siyasəti birmənalı deyildir.

Məsələn elə Ruisyanın çağırışlarına baxmayaraq, Ərəb ölkələrinin sammiti Yəməndə koalisiya qüvvələrinin birgə çıxşı barədə qərar qəbul edib.

XS
SM
MD
LG