Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:08

Azərbaycanda 29 minə yaxın vətəndaşa rəsmi işsiz statusu verilib


Neftçilər (Arxiv fotosu)

Neftçilər (Arxiv fotosu)

-
Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanları tərəfindən 28995 nəfərə rəsmi işsiz statusu verilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Trend-ə bildirib ki, «Məşğulluq haqqında» əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq ərazi üzrə məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər.

Vətəndaş yaşadığı ərazi üzrə məşğulluq mərkəzinə şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası (yaxud onu əvəz edən sənəd), peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda) təqdim edərək işaxtaran kimi qeydə alınır.

İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər. İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş müvafiq sənədləri təqdim edəndən sonra münasib iş təklifi ala bilmirsə, məşğulluq mərkəzi 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir.​

Günün bütün mövzuları

XS
SM
MD
LG