Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:26

-

Martın 28-də dünyanın müxtəlif yerlərində «Yer saatı» («Earth Hour 2015») beynəlxalq kampaniyası keçirilib.

Kampaniya çərçivəsində bir milyarddan çox adam iqlim dəyişikliyinə qarşı həmrəylik göstərmək üçün birləşir.

«Yer saatı» planetin məhdud resurslarına qayğının rəmzi sayılır.

Bu, dünyada ən kütləvi ictimai aksiyadır.

Hər il mart ayının son şənbə günü (bu il martın 28-də) saat 20:30-da milyonlarla insan bu aksiyada iştirak edir.

Aksiya iştirakçıları iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. Aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür.

«Marriott Absheron» otelinin fasadının işıqları söndülürülb

«Marriott Absheron» otelinin fasadının işıqları söndülürülb

Martın 28-də Bakıda saat 20:30-dan 21:30-dək Hökumət Evinin və «Marriott Absheron» otelinin fasadının işıqlandırılması dayandırılacaqdı. Otelin işıqları söndürdü, ancaq Hökumət Evinin işıqları yanırdı. Aksiyaya toplaşmış gənclər də bundan təəccüblənmişdi.

Bu aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib. Azərbaycan tədbirə 2011-ci ildə qoşulub. Həmin il martın 26-da Bakıda da Qız Qalasında və «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğunda bir saatlığa işıqlar söndürülmüşdü.

«Yer saatı» kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi əlaqələndiricisi IDEA (ətraf mühitin mühafizəsi üzrə beynəlxalq dialoq) İctimai Birliyidir.

Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, bu il «Yer saatı» aksiyasında dünyanın 156 ölkəsinin sakinləri iştirak edib. ​

Günün bütün mövzuları

XS
SM
MD
LG