Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:40

-
İranda dövlət televiziyasında çalışmış ssenarist və prodüsser Mostafa Azizi artıq iki aydır ki həbsdədir. Amma bu barədə məlumat indi yayılıb.

Mostafa Azizi 2010-cu ildə Kanadaya mühacirətə getmişdi. Bu günlərdə İrana gəlibmiş ki, qohumlarına baş çəksin. Amma fevralın 1-də həbs olunub, hazırda Evin həbsxanasındadır.

Məlumata görə, onun barəsində İranın ali lideri Ayətullah Xamneyini təhqir etmək və islam dininə qarşı anti təbliğat aparmaqla bağlı ittiham irəli sürülüb. Bu ittihamlara hansı əməllərin səbəb olması isə bəlli deyil.

Mostafa Azizinin oğlu jurnalist Arash Azizi öz facebook səhifəsində yazıb ki, atasının fiziki və psixoloji durumu “yaxşıdır” və həbsxanada ona qarşı hər hansı təhqiredici və ya alçaldıcı davranış olmayıb.

İrah hökuməti sözügedən həbslə bağlı hər hansı rəsmi açıqlama verməkdən imtina edir. ​

Günün bütün mövzuları

XS
SM
MD
LG