Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:26

Tərəflər İranın nüvə silahı ilə bağlı razılaşmaya yaxınlaşırlar


Lozannada nüvə danışıqları burada keçirilir
Lozannada nüvə danışıqları burada keçirilir

-

Tehran və dünyanın altı dövlətinin mart ayının sonunadək danışıqlarda yekun siyasi bəyannamə qəbul etmələri “90 faiz mümkündür”.

Belə bir açıqlamanı martın 29-da İranın xarici işlər nazirinin müavini Abbas Araghchi verib.

Araghchi qeyd edib ki, prinsipial razılığın martın 29-da əldə olunması ehtimalı “50 faizdən çoxdur”.

Birləşmiş Ştatlar və İran diplomatlarının nüvə danışıqları martın 28-də İsveçrədə başlayıb. Danışıqlara Fransa və Almaniya xarici işlər nazirləri də qoşulub.

Məqsəd İranın nüvə proqramını məhdudlaşdıracağı halda ona iqtisadi sanksiyaların qaldırılmasıdır. Çərçivə sazişi də iyunda əldə olunmalı son razılaşmaya əsas hazırlamalıdır.

ABŞ-ın dövlət katibi John Kerry və Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini martın 29-da Lozannada görüşüb vəziyyəti təhlil etməlidirlər. Mogherini martın 28-də deyib ki, tərəflər razılığa heç vaxt bu qədər yaxın olmayıblar. Kerry martın 28-də iki görüş keçirib - İranın xarici işlər naziri və Almanıya və Fransa xarici işlər nazirləri ilə görüşüb.

XS
SM
MD
LG