Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:26

Azərbaycan ordusunun zabiti dəfn olunub


Arxiv foto
Arxiv foto

-

Ağdam istiqamətində həlak olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti, baş leytenant İqbal Əhmədovun cənazəsi martın 28-də doğulduğu Lənkəran rayonuna gətirilib.

Məlumatı “Azərtac” yayıb.

1980-ci il təvəllüdlü İqbal Əhmədov martın 27-də həlak olub.

Dəfn mərasimində “N” saylı hərbi hissənin yüksək rütbəli zabitləri, döyüş yoldaşları, rayon rənbərliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Baş leytenant İqbal Əhmədov 1998-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2003-2004-cü illərdə təlim-tədris mərkəzindən sonra hərbi qulluğa başlayıb. Ön cəbhədə xidmət aparıb. Ailəli olub, bir oğlu, bir qızı var.​

XS
SM
MD
LG