Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:25

ABŞ və koalisiya Tikritdəki İD mövqelərinə 18 zərbə endirib


ABŞ və beynəlxalq koalsiyanın təyyarələri Səddam Hüseynin doğma şəhəri Tikritdə İslam Dövləti qüvvələrinin döyüş mövqelərindən 11-ni raket zərbələri ilə məhv edib.

Koalisiya aviasiyası ümumilikdə İraq üzərinə son 24 saat ərzində 18 hava zərbəsi endirib.

Bəzi məliumatlara görə Tikrit şəhərində İD-in 500-700 arası döyüşçüsü var.

Bundan bir gün əvvəl İraq hökumət qüvvələrinə dəstək verən şiə yaraqlılar ABŞ-ın bu döyüşə qarışmamasını istəmişdilər.

ABŞ komandanlığı isə əksinə, israr edirdi ki, onun hücum əməliyyatına havadan dəstək verməsi üçün şiə yaraqlıların Tikrit üzərinə getməməsi şərtdir.

Şiə qüvvələrinin komandanlarından Dadi al-Amiri deyib ki, “biz Amerikadan raket zərbələri endirməsini xahiş ertməmişik, lakin əgər bu, baş nazir Haidar al-Abadi-nin xahişidirsə, biz bu qərara hörmət edirik”.

ABŞ hərbiyyəsi bildirir ki, koalisiya İraqın başqa məntəqlərində - Fəlluca, Mosul, Tel-Əfar, Ər-Rütbə və Bayci ətrafında İD möbvqelərinə zərbələr endirməkdə davanm edib.

Suriyanın Kobanı şəhəri yaxınlığında cihadçılara məxsus iki anti-təyyarə qurğusu məhv edilib.

XS
SM
MD
LG