Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:41

“Roskosmos”: ABŞ və Rusiya yeni orbital stansiya yaradacaqlar


Igor Komarov
Igor Komarov

Rusiya və Birləşmiş Ştatlar 2024-cü ildən sonra tərəfdaş ölkələrin iştirakilə yeni kosmik stansiya yaradacaqlar.

“Roskosmos”un başçısı İqor Komarov Baykonurda etdiyi çıxışda bildirib ki, onun idarəsi NASA ilə birlikdə yeni stansiyanın yaradılması ilə bağlı hesablamalar aparıb.

Komarov bidlirib ki, bu layihə həmçinin başqa ölkələr üçün açıq olacaq.

“Roskosmos” lideri bunu da deyib ki, beynəlxalq orbital stansiya barədə müqavilənin müddəti 2024-cü ilədək artırılıb.

Bundan əvvəl stansiyanın 2020-ci ilədək istismarda olacağı düşünülürdü.

İndiyədək Rusiya tərəfi beynəlxalq stansiya layihəsinin təklikdə icra olunacağımı bildiriridi.

“Roskosmos” başçısının bu bəyanatından az əvvəl “Soyuz TMA-16” kosmik gəmisi beynəlxalq orbital stansiya ilə birləşib.

Amerikalı kosmonavt Scott Kelly və rusiyalı Mikhail Kornienko 1 il müddətində stansiyada olacaqlar.

XS
SM
MD
LG