Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:42

Ukraynada oliqarx Kolomoyskiyə dəstək mitinqi sönük olub


Prezident Petro Poroshenko və Dnepropetrovsk vilayətinin keçmiş qubernatoru İgor Kolomoysky.

Prezident Petro Poroshenko və Dnepropetrovsk vilayətinin keçmiş qubernatoru İgor Kolomoysky.

Ukraynadan alınan xəbərlərdə deyilir ki, Dnepropetrovsk qubernatoru İgor Kolomoyskinin vəzifəsindən azad edilməsinə etiraz edən mitinqə cəmi bir-neçə yüz adam toplaşıb.

Həmin mitinqin ardınca həm də konsert təşkil edilmişdi.

Dnepropetrovsk qubernatoru öz vəzifəsindən ötən çərşənbə günü istefa verib. Bu istefanın qəbulu barədə fərmanı prezident Petro Poroshenko imzalayıb.

Eyni fərmanla Zaparojye vilayətinin sədri Valentin Reznichenko Dnepropetrovsk qubernatoru təyin edilib.

Təhlilçilər Verhovna Radanın martın 19-da qəbul etdiyi “səhmdar cəmiyyətləri haqqında qanun”u “oliqarxlar üzərinə hücum” kimi qiymətləndirirlər.

Rusiya mediasının tonundan hiss olunurdu ki, Kreml Petro Poroshenko ilə Kolomoyski arasında toqquşma olacağına çox ümid bəsləyirdi.

Yerli müşahidəçilər deyirlər ki, prezident və eks-qubernator arasında münaqişə gözlənilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG