Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:24

Nigeriyada seçki əsnasında silahlılar 15 nəfəri öldürüblər


Nigeriyada seçkilərin getdiyi bir vaxtda yaraqlılar bir müxalifət lideri də daxil olmaqla azı 15 nəfəri qətlə yetiriblər.

Şənbə günü keçirilən seçkilərdə səsvermə bazar gününədək uzadılıb və ilkin nəticələr seçkinin gərgin olduğunu göstərir.

Elektoratın dini-etnik baxımdan pərakəndə olduğu bu seçkidə hazırkı prezident Goodluck Jonathan-ın əsas rəqibi ölkənin keçmiş hərbi rəhbəri Muhammadu Buhari-dir.

Müşahidəçilər bu seçkidə prezidentin dəyişəcəyini istisna etmirlər.

Seçkilərin davam etdiyi saatlarda islamçı Boko Haram təşkilatı ölkənin şimal bölgələrində bir neçə basqınlar törədib.

Nigeriyada və dünyada xilafət qurmağı məqsəd qoyan Boko Haramın lideri Abubakar Shekau səs verənlərin öldürüləcəkləri ilə hədələyib.

Lakin son həftələr ərzində Nigeriya, Çad, Kamerun və Nigerin hökumət qoşunları böyük əraziləri Boko Haram yararqlılarından geri ala biliblər.

XS
SM
MD
LG